Karateçilərimiz Xorvatiyada bürünc medallar qazanıblar - FOTO

30 İyun 2025 13:24

Azərbaycan karateçiləri Xorvatiyanın Poreç şəhərində keçirilən "Karate1 Youth League və Parakarate Cup" turnirlərində uğurla çıxış ediblər.

Milli.Az xəbər verir ki, Gülay Orucova (59 kq) 16-17 yaş qrupunda olan idmançıların mübarizəsində, parakarate yığma komandasının üzvü Aslan Ercan isə K21 kateqoriyasında bürünc medal qazanıblar.

Qeyd edək ki, hər iki karateçinin şəxsi məşqçisi Sənan Cəfərovdur.

Milli.Az