“Sputnik-Azərbaycan”ın ofisində əməliyyat keçirilir - RƏSMİ

30 İyun 2025 12:57

Hazırda "Sputnik-Azərbaycan" agentliyinin ofisində əməliyyat keçirilir.

Trend-ə daxil olan məlumata görə, polis ofisi nəzarətə götürüb.

Məlumatı Daxili İşlər Nazirliyindən Trend-ə təsdiqləyiblər.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl "Sputnik-Azərbaycan"ın fəaliyyəti dayandırılmışdı. Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.

Milli.Az