Məşhur futbolçu SAXLANILDI: hakim qarşısına çıxacaq - FOTO

30 İyun 2025 12:20

Futbol üzrə İngiltərə yığmasının, "Mançester Yunayted" və "Liverpul"un keçmiş oyunçusu Pol İns polis tərəfindən saxlanılıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb onun sərxoş vəziyyətdə avtomobil idarə etməsi olub.

Maşını hasara çırpan 57 yaşlı veteran futbolçu iyulun 18-də hakim qarşısına çıxacaq.

Bildirək ki, Pol İns ölkəsinin  millisi ilə 1996-cı ildə Avropa çempionatında bürünc medala yiyələnib. "Mançester Yunayted"lə isə 2 dəfə liqa və federasiya kubokunun, bundan başqa, UEFA Superkuboku və Kuboklar Kubokunun qalibi olub.

Hüseyn
Milli.Az