Hindistanda səhər saatlarında FACİƏ - 10 ölü, 20 yaralı

30 İyun 2025 12:27

Hindistanın Telangana ştatında yerləşən Paşamylaram şəhərində kimya zavodunda partlayış faciəyə səbəb olub.

Milli.Az xəbər verir ki, PTI xəbər agentliyinin yaydığı məlumata əsasən, ən azı 10 nəfər həyatını itirib, 15-20 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə bazar ertəsi səhər saatlarında baş verib. Fabrikdə reaktorun qəfil partlaması nəticəsində güclü yanğın başlayıb və hadisə qısa zamanda kritik vəziyyətə çevrilib.

Hadisə zamanı bir çox işçinin fabrikin içərisində sıxışıb qalmasından ehtiyat edilir. Xilasedici və axtarış qrupları hazırda onların yerini müəyyənləşdirmək və sağ qalanları xilas etmək üçün əməliyyatı davam etdirir.

Hadisə yerinə ən azı 11 yanğınsöndürən maşın və fövqəladə hallara cavab verən digər texnika cəlb olunub. 

Fidan
Milli.Az