30.06.2025-ci il tarixində saat 01:50 radələrində Ağdam rayonunda baş verən mina partlayışı səbəbilə xəsarət alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Bu barədə Milli.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd edilib ki, 1988-ci il təvəllüdlü şəxsə (kişi cinsli) sağ ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib və cərrahi əməliyyat edilib:
"Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir".
Qeyd edək ki, iyunun 30-da Ağdam rayonunda mina partlayışı baş verib.
Milli.Az