Sevindirici xəbər - Bakıda orta aylıq əməkhaqqı 1400 manata yaxınlaşdı

30 İyun 2025 10:55

2025-ci ilin yanvar-aprel aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,1 % artaraq 1385,9 manat təşkil edib.

Milli.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsinin saytında məlumat dərc edilib.

Məlumat üçün bildirək ki, bu dövrdə Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,2 % artaraq 1100,6 manata bərabər olub.

Milli.Az