Dondurma kökəldirmi? - Mütəxəssislərdən xəbərdarlıq

1 İyul 2025 01:01

Yay aylarında ən çox istehlak edilən şirniyyatlardan biri olan dondurma çəki artımına səbəb ola bilər. Mütəxəssislər bildirir ki, dondurma yüksək kalori, şəkər və yağ tərkibinə görə həddindən artıq və tez-tez istehlak edildikdə kökəlməyə səbəb olur.

Milli.Az xəbər verir ki, orta ölçülü bir pors dondurma 150-300 kalori arasında dəyişə bilər. Şəkər tərkibi qan şəkərini sürətlə yüksəldərək tez aclıq hissi yaradır. Əgər bu kalorilər bədən tərəfindən sərf olunmazsa, yağ kimi yığılır və xüsusilə oturaq həyat tərzi sürən insanlarda çəki artımı qaçınılmaz olur.

Bununla belə, hər növ dondurma kökəldici deyil. Az şəkərli, az yağlı və ya protein tərkibli alternativlər mövcuddur. Hətta meyvəli və südsüz yoqurtlu dondurmalar daha az kalorili sayılır.

Qidalanma mütəxəssisləri dondurmanı porsiya nəzarəti ilə, nadir hallarda və balanslı pəhriz çərçivəsində istehlak etməyi tövsiyə edirlər.

Milli.Az