"Ayaks" 7 futbolçunu birdən göndərdi

30 İyun 2025 12:38

Niderland nəhəngi "Ayaks" yeddi futbolçusu ilə vidalaşıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, klubun texniki direktoru Aleks Kruz sözügedən oyunçuların artıq klubla məşqlərə çıxmayacaqlarını bildirib.

Bunlar isə qapıçı Cey Qorter, mərkəz yarımmüdafiəçiləri Branko van den Bomen, Kristian Hlinsson, hücumçular Kristian Rasmussen, Çuba Akpom və sol cinah vingerləri Borna Sosa ilə Karluş Forbşdur.

Bildirilir ki, "Ayaks" həmin futbolçuların hamısını satışa çıxaracaq.

Musa
Milli.Az