Müğənni Tacir Şahmalıoğlu qalmaqallı açıqlamalar verib.
Milli.Az xəbər verir ki, o, həmkarı Türkan Vəlizadəni tərifləyib.
Onu sənətkar adlandıran müğənninin söylədikləri birmənalı qarşılanmayıb:
"Türkan Vəlizadə yaxşı sənətkardır və oxuyandır. Əslində illərin sənətçisinə sənətkar deyilməlidir, cavan nəslin nümayəndəsinə yox. Ancaq yaxşı oxuyan hamısına demək olar. Türkanı cavan oxuyanlar arasında fəqrləndirirəm".
Musa
Milli.Az