Çimərlikdə dincəlmək nə qədərə başa gəlir? - Yayın qiymət sürprizləri

30 İyun 2025 12:00

Yayda sərinləmək üçün insanların üz tutduğu məkanlardan biri də çimərliklərdir. 

Bəs çimərlikdə istirahət etmək neçəyə başa gəlir? 

Milli.Az xəbər verir ki, çimərlikdəki istirahət məkanlarında bir nəfər üçün giriş 10 manatdan 50 manata kimi yüksəlir.

Bu qiymətlərdən razı olanlarla yanaşı narazı olanlar da var. Bəzi çimərliklərdə isə giriş pulsuz olsa da, oturacaqlara görə ödənilən məbləğ 20-25 manat arası dəyişir. Lejenkanın qiyməti isə 5 manat təşkil edir. 

Qeyd edək ki, şəhərimizdə ödənişli çimərliklərlə yanaşı ictimai birliklər tərəfindən yaradılan çimərliklər də var ki, orda bütün xidmətlər ödənişsizdir. 

Aysel Əkbər
Milli.Az