Lənkəranda istirahət mərkəzin müdiri BIÇAQLANDI

29 İyun 2025 13:20

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Lənkəran şəhərinin "Böyük Bazar" deyilən ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran rayonunun Osaküçə kəndində yerləşən "Pambayi" istirahət mərkəzin müdiri 1977-ci il təvəllüdlü Firad Səyad oğlu Həbibov bıçaqlanıb.

5 bıçaq zərbəsi alan yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Yaralıya zəruri ilkin tibbi yardım göstərildikdən sonra əməliyyat bloku alınıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az