Tehranın “Evin” həbsxanasına hücumda 71 nəfər ölüb

29 İyun 2025 11:29

İsrailin Tehranda "Evin" həbsxanasına hərbi hava hücumu nəticəsində 71 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Məhkəmə Sisteminin sözçüsü Əsğər Cahangir deyib.

O bildirib ki, ölənlər arasında həbsxananın inzibati heyəti, əsgərlər, məhkumlar, məhkumların ailələri, həbsxanaya yaxın yaşayan insanlar var.

Qeyd edək ki, iyunun 23-də günorta saatlarında Tehranın "Evin" həbsxanasının bir hissəsi, əsasən inzibati binası İsrail tərəfindən vurulub.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran "Doğru Vəd III" əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib

Milli.Az