Rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Yekaterinburqda Rusiya təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində iki azərbaycanlının həyatını itirməsi, daha üç nəfərin isə reanimasiyaya yerləşdirilməsi ilə bağlı insidenti şərh edib.
Milli.Az xəbər verir ki, o, bu barədə özünün "Telegram" kanalında paylaşım edib.
Markov bildirib:
"Heç bir müqavimət göstərməyən mülki şəxslərin saxlanması zamanı iki nəfərin ölməsi, üç nəfərin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilməsi dəhşətlidir. Bu cür hallar yolverilməzdir".
Politoloq əlavə edib ki, bu tip hadisələr cəmiyyətdə haqlı narazılıq doğurur və obyektiv araşdırmanın aparılması, rəsmi izahatın verilməsi və məsul şəxslərin cəzalandırılması zəruridir.
"Biz aydın araşdırma, şəffaf izahat və günahkarların məsuliyyətə cəlb olunmasını gözləyirik", - deyə Markov vurğulayıb.
Kənan
Milli.Az