İliya Topuriya yüngül çəkidə UFC çempionu oldu

29 İyun 2025 15:25

İspaniyalı İliya Topuriya yüngül cəki dərəcəsində "UFC" titulu uğrunda mübarizədə braziliyalı Çarlz Oliveyraya qalib gəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "UFC 317" turniri ABŞ-nin Las-Veqas şəhərində keçirilib

Döyüş birinci raundda nokautla başa çatıb.

Topuriyanın qarışıq döyüş növləri üzrə 17 qələbəsi var və məğlubiyyəti yoxdur.

Milli.Az