Rusiyanın Maqadan bölgəsində baş verən güclü axın sahilboyu ərazilərdə ekoloji problem yaradıb.
Milli.Az xəbər verir ki, "Mash" "Telegram" kanalının məlumatına görə, axının çəkilməsi nəticəsində sahilə yaxın bölgədə azı dörd ton siyənək balığı daşların arasında qalıb və dənizə qayıda bilməyib.
Hadisə yerində olan yerli sakinlər bildiriblər ki, balıqların qarşısı iri daşlarla kəsilib və onlar hərəkətsiz vəziyyətdə qalıblar. Balıqlara yardım etmək üçün sakinlər və balıqçılar əlbir olaraq daşları kənarlaşdırmağa çalışıblar, lakin səylər uğursuz olub.
Hazırda yerli əhali balıqları yalın əlləri ilə toplayır, sahil boyunca isə qağayılar bu asan ov imkanından aktiv şəkildə istifadə edir.
Mütəxəssislər qeyd edirlər ki, balıqların böyük əksəriyyəti gün ərzində tələf olacaq. Hadisə ekosistem və balıq ehtiyatları baxımından ciddi itki kimi qiymətləndirilir.
Kənan
Milli.Az