Hacıqabulda baş verən qəzada sürücü ölüb

29 İyun 2025 13:40

Hacıqabulda baş verən qəzada sürücü ölüb

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza rayonun Padar kəndi ərazisində qeydə alınıb.

Hacıqabul sakini, 33 yaşlı Manafov Şahid idarə etdiyi "Opel" markalı avtomobili aşırıb.

Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az