18 aylıq cəzadan sonra yenidən futbolda - göz yaşları sel oldu - VİDEO

29 İyun 2025 00:13

Monako klubu Fransa millisinin və keçmiş "Mançester Yunayted" ulduzu Pol Poqbanın azad transferlə komandaya qoşulduğunu təsdiqləyib. Bu transfer Poqbanın uzun müddətdir yeni klub axtarışına son qoyub.

Poqba 2023-cü ilin sentyabrından bəri rəsmi matçlarda oynamırdı, çünki o, 18 ay müddətinə dopinq cəzası almışdı. O, "Yuventus"la qarşılıqlı razılaşma əsasında müqaviləsini ləğv etdikdən sonra azad agent statusu almış və bu ilin mart ayında cəzası başa çatmışdı.
 

Lalə Qüdrətova
Milli.Az