Rusiya baş nazirinin müavini Aleksey Overçukun Azərbaycana səfəri ləğv olunub

28 İyun 2025 22:29

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ayın sonuna ölkəmizə nəzərdə tutulan səfəri ləğv olunub.

Trend-in əldə etdiyi məlumata görə, buna səbəb Yekaterinburqda hüquq-mühafizə orqanlarının azərbaycanlılara qrşı həyata keçirdiyi əməliyyat və həmyerlilərimizin qəddarlıqla qətlə yetirilməsidir.

Azərbaycan hökuməti yaranmış vəziyyətdə Overçukun və ya digər rəsmi şəxsin Azərbaycana səfərində heç bir əhəmiyyət görmür.

 

Milli.Az