Maksim Medvedev “Qarabağ-2”nin baş məşqçisi təyin olundu

28 İyun 2025 19:10

"Qarabağ"ın əvəzedici komandasında məşqçi dəyişikliyi olub.

Milli.Az xəbər verir ki, Ağdam klubunun sabiq kapitanı Maksim Medvedev əvəzedici komandanın baş məşqçisi təyin olunub.

Qeyd edək ki, Maksim ötən mövsüm U-14 komandasında köməkçi məşqçi işləyirdi.

 

Milli.Az