ŞahzadəHarri və Meqan Markl beş il əvvəl dünyanı heyrətləndirən bir qərar verərək bütün həyatlarındakı sabitliyi və krallıq öhdəliklərini arxada buraxmışdılar. 2018-ci ildə evlənən cütlük, Britaniya kral ailəsindəki vəzifələrindən geri çəkildiklərini elan edərək, dünya ictimaiyyətində böyük ajiotaja səbəb olmuşdu. Bu qərardan sonra əvvəlcə Kanadaya, daha sonra isə ABŞ-a köçmüşdülər. Nəticədə isə Londonda qalan kral ailəsi ilə aralarındakı münasibətlər getdikcə soyumuşdu.
Ailədən ayrılarkən yanlarında yalnız böyük oğulları Arçi var idi. Bir neçə il sonra qızları Lilibet də dünyaya gəlib. Lakin Harri ilə ailəsi arasındakı problemlər dərinləşməyə davam edir.
Qaynarinfo xəbər verir ki, Harri ayrılığın ilk illərində həyat yoldaşı Meqan Markla yönəlmiş media təzyiqlərini səbəb göstərmişdi. Məqsədinin onu qorumaq olduğunu bildirərək, mərhum anası şahzadə Diananın faciəvi ölümünə işarə etmiş və "Arvadımın taleyinin anamınki kimi olmasını istəmirəm" demişdi. Hətta bu səbəbdən atası kral Çarlzla da qarşı-qarşıya gəlmişdi.
Harri indi çox peşmandır
Ancaq aradan keçən beş ildən sonra Harriyə yaxın mənbələrin bildirdiyinə görə, şahzadə bu qərarından dərin peşmanlıq hissi keçirir.
Mənbələrin sözlərinə görə, Harri yalnız bu qərar deyil, bir çox başqa məqamlar barədə də düşündüyünü və şübhələrə düşdüyünü ifadə edir. Son olaraq "Trooping the Colour" mərasimində bütün kral ailəsi iştirak etdiyi zaman Harri onları yalnız televiziyadan izləyə bilib.
Şahzadəyə yaxın bir şəxs onun hazırda "doğulduğu ölkəni və həyat tərzini arxada qoyaraq ABŞ-a köçməklə böyük səhv edib-etmədiyini ciddi şəkildə düşündüyünü" deyib.
"Harri, kral ailəsinin qalan üzvlərinin nə qədər xoşbəxt göründüyünə baxaraq, ayrılma qərarının yanlış olub-olmadığını özünə sual edir", deyə mənbə bildirib.
Ən böyük narahatlığı iki övladıdır
Harri üçün ən böyük narahatlıq səbəbi isə iki azyaşlı övladının təhlükəsizliyidir.
Londonda yaşadığı dövrdə kral ailəsinin bütün üzvlərinə tətbiq olunan təhlükəsizlik tədbirlərindən faydalanır. Lakin vəzifələrindən imtina etdikdən sonra Londona getsə belə bu hüququnu itirib. Hazırda təhlükəsizlik xərclərini özü qarşılamalı olur.
Bu məsələ ilə bağlı açdığı məhkəmə prosesini də uduzduqdan sonra Harri "İndi iki övladıma öz ölkəmi göstərmək belə mümkün deyil" deyə şikayət etmişdi.
Hazırda ABŞ-da təhlükəsizlik xərclərini tamamilə öz hesabına qarşılayır. Bu səbəbdən də tez-tez özünə "Əgər Londonda qalsaydım, ailəmin təhlükəsizliyi üçün bu qədər narahatlıq keçirməzdim?" sualını verir.
Həyat yoldaşının uşaqları reklam məqsədilə istifadə etməsi onu narahat edir
Harriyə narahatlıq yaradan başqa bir məsələ də var. İndiyə qədər Arçi və Lilibet sosial şəbəkələrdən uzaq saxlanılmışdı. Lakin Meqan Markl son dövrlərdə öz yaratdığı markanın tanıtımı üçün uşaqları sosial mediada daha tez-tez göstərməyə başlayıb.
Hər nə qədər onların üzlərini göstərməsə də, Harri uşaqlarının "pul qazanmaq məqsədilə" markaya alət edilməsindən son dərəcə narahat olub. İki azyaşlının təhlükəsizliyi ilə bağlı narahatlığı daha da artıb.
Ailəsinə qarşı çıxışından sonra vicdan əzabı çəkdi
Əslində Harri ilə bağlı peşmanlıq iddiaları Meqan Marklla birlikdə məşhur aparıcı Opra Vinfriyə verdikləri müsahibədən sonra gündəmə gəlmişdi.
Ailədən ayrıldıqdan sonra verdikləri bu ilk müsahibədə Harri və Meqan Britaniya kral ailəsinə qarşı şok ittihamlar səsləndirmişdilər. Lakin sonradan Harri bütün bu dediklərinə görə peşmanlıq hissi keçirməyə başlayıb.
İddialara görə, o müsahibədə Harri ailəsinə qarşı yığılmış qəzəbini boşaltmağa çalışıb, lakin sonradan söylədiklərinin yaratdığı təsirdən dolayı dərin peşmanlıq və qərarsızlıq yaşayıb. Özünü çox qəribə və təəssüf içində hiss edib.
Milli.Az