"Baku plaza" ticarət mərkəzində ƏMƏLİYYAT - Araşdırma davam edir

28 İyun 2025 14:25

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların saxlanılması ilə bağlı araşdırmalar davam etdirilir.

Milli.Az rusiya mediasına istinadla xəbər verir ki, yerli hüquq-mühafizə orqanları tərəfindən keçirilən genişmiqyaslı əməliyyat çərçivəsində onlarla şəxs dindirilib, bir sıra ünvanlarda axtarışlar aparılıb.

İstintaq Rusiya Milli Qvardiyası, Regional İstintaq Komitəsi və Daxili İşlər Nazirliyinin Baş İdarəsinin birgə əməliyyatları ilə həyata keçirilir. Araşdırmalar əsasən Azərbaycan diasporu ilə əlaqəsi olan şəxsləri əhatə edir.

Qeyd olunur ki, əvvəllər bir sıra qalmaqallı olaylarla gündəmə gəlmiş "Baku Plaza" ticarət mərkəzində də istintaq hərəkətləri aparılıb. Əməliyyat zamanı əvvəllər cinayət hadisələrində şübhəli bilinən şəxslər saxlanılıb və onların digər qanun pozuntularında iştirakının müəyyən edilməsi üçün işlər davam etdirilir.

Fidan
Milli.Az