Məşhur filmlərin musiqi bəstəkarı vəfat etdi - FOTO

28 İyun 2025 13:04

Əfsanəvi film və televiziya musiqisi bəstəkarı, "Missiya: Mümkünsüz" (Mission: Impossible) filminin ikonik musiqisinin bəstəkarı Lalo Şifrin vəfat edib.

Milli.Az xəbər verir ki, 93 yaşlı argentinalı musiqiçi cümə axşamı pnevmoniya ağırlaşmaları səbəbindən dünyasını dəyişib.

Cazdan tutmuş orkestr musiqisinə qədər geniş musiqi dünyasına töhfələr vermiş Şifrin 1960-70-ci illərdə kino və televiziya musiqisində inqilab edən bəstəkarlar sırasında yer alırdı. O

nun imzasını daşıyan əsərlər arasında "Cool Hand Luke", "Dirty Harry", "Bullitt" kimi klassik filmlər də var.

Fidan
Milli.Az