Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edilib

28 İyun 2025 12:43

Ermənistanın baş naziri Nikol Paşinyan Andranik Simonyanı Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin edib.

Trend bu barədə Ermənistan KİV-nə istinadən xəbər verir.

Digər sərəncamla isə Paşinyan Simonyanı MTX-in direktor müavini vəzifəsindən azad edib.

Milli.Az