İsrail Qəzzada yenə faciə yaratdı

28 İyun 2025 16:46

Son 24 saatda İsrailin Qəzzaya hava zərbələri nəticəsində 103 fələstinli ölüb, 219 nəfər yaralanıb.

Milli.Az xəbər verir ki, iyunun 26-da Qəzzanın mərkəzi hissəsinin bombalanması Fələstinin Daxili İşlər Nazirliyi tərəfindən kəskin şəkildə qınanıb.

İsrail tərəfi hücumla bağlı açıqlama verməyib, lakin daha əvvəl girovların azad olunması və HƏMAS-ın zərərsizləşdirilməsi məqsədilə əməliyyatların davam etdiriləcəyini bəyan etmişdi.

Son məlumatlara görə, 2023-cü il oktyabrın 7-dən bəri Qəzzada ölənlərin ümumi sayı 56 259 nəfərə, yaralıların sayı isə 132 458 nəfərə çatıb.

Asya
Milli.Az