"Mercedes"lər geri çağırılır - SƏBƏB

28 İyun 2025 09:42

"Mercedes-Benz" və Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsi "AMG One" hiperkarlarının geri çağırıldığını elan ediblər. Bildirilir ki, avtomobillərdə yanğın riski mövcuddur.

Milli.Az xəbər verir ki, istehsal olunan 275 avtomobildən 219-u, yəni təxminən 80%-i təmirə ehtiyac duyur. Bu avtomobillərin 183-ü Almaniyada yerləşir.

Qeyd olunur ki, problem mühərriklə bağlı deyil. Yanğın riski aktiv arxa qanadın hidravlik ötürücüsündəki nasazlıq səbəbilə yarana bilər.

Asya
Milli.Az