"Yeşilçam"ın aktyoru qocalar evində qalır - FOTO

2 Avqust 2025 20:45

"Yeşilçam"ın aktyoru Necati Bilgiçin qocalar evində yaşadığı ortaya çıxıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, psixoloji problemləri olan və şizofreniya diaqnozu qoyulan aktyorun müalicələri davam edir. 

Qeyd edək ki, ilk dəfə 1995-ci ildə "Çiçek taksi" serialında Niyazi obrazı ilə televiziyaya çıxan N.Bilgiç, son olaraq 2012-ci ild "Berlin kaplanı" filmində rol alıb. O, Kemal Sunal və Şener Şen kimi aktyorlarla birgə layihələrdə çəkilib.

Milli.Az