Qusarda qəzaya düşənlərin kimliyi bilindi - YENİLƏNİB - FOTO

27 İyun 2025 20:45

20:45

27.06.2025-ci il tarixində saat 14:00 radələrində Qusar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 7 nəfər (6-sı kişi, 1-i qadın cinsli) Qusar Rayon Mərkəzi Xəstəxasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Bu haqda Milli.Az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 1994-cü (qadın cinsli) və 1995-ci il təvəllüdlü (kişi cinsli) şəxslərə bədənin müxtəlif nahiyələrinin travması diaqnozu təyin edilib. Hər iki şəxsə zəruri tibbi yardım göstərildikdən sonra onlar özəl tibb müəssisələrindən birinə təxliyə ediliblər.

5 nəfərə (hər biri kişi cinsli) bədənin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Onlardan 2 nəfərin vəziyyətləri orta-ağır qiymətləndirildiyindən Reanimasiya şöbəsinə yerləşdirilib.

Digər şəxslərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.

----------
17:14

Qəza zamanı xəsarət alan Pakistan vətəndaşları Munib Rəhman, Caqdeş Kumar, Avinaş Avinaş, Raza Alim və Umair Rafiqdir.

Xəsarət alan Azərbaycan vətəndaşları isə Sahil Rüstəmov və onun bacısı Günay Məmmədovadır.

-------

16:46

Qusar-Şahdağ yolunda turistləri daşıyan mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Milli.Az-ın məlumatına görə, hadisə nəticəsində 5-i Pakistan vətəndaşı olmaqla, 8 nəfər xəsarət alıb.

Hazırda yaralılara tibbi yardım göstərilir.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Milli.Az