Türk polisi kişi paltarında gizlənən azərbaycanlı qadını AXTARIR: 444 minlik "evlilik"... - FOTO

27 İyun 2025 14:44

Türkiyə polisi cinayət törətdikdən sonra kişi paltarı geyinib gizlənən azərbaycanlı qadını axtarır. 

Milli.Az xəbər verir ki, hadisə Samsunda baş verib. 

Belə ki, 48 yaşlı Türkiyə vətəndaşı B.Ş. evlənmək üçün elan verib. 28 yaşlı azərbaycanlı K.S. ona zəng edib.  O, 28 yaşlı azərbaycanlı rəfiqəsi T.İ.-nin onunla evlənə biləcəyini və buna görə B.Ş. ilə görüşmək istədiklərini bildirib. 
 
İyun ayının 20-də B.Ş .qadınlarla Samsun şəhər avtovağzalında görüşüb. Elə ilk görüşdə 28 yaşlı T.İ. 48 yaşlı B.Ş. ilə evlənməyə razılıq verib. Bundan sonra evlənmək istəyən kişi hər iki azərbaycanlı qadını götürərək ticarət mərkəzinə üzük almağa aparıb. O, evlənmək istədiyi qadına dəyəri 444 min lirə (təxminən 19 min manat) dəyərində qızıl üzük alıb. 
Bundan sonra qadınlar tualetə gedib və onu aldadaraq ərazini tərk ediblər. Aldadıldığını başa düşən B.Ş. polisə müraciət etməli olub. Polis tərəfindən aparılan araşdırma zamanı cinayət əməli törədən qadınların tanınmamaq üçün tualetdə kişi paltarı geyinərək ərazidən uzaqlaşdıqları məlum olub. 
 
Video görüntülərlə aparılan araşdıra zamanı K.S. saxlanılıb və məhkəmənin qərarı ilə polis nəzarəti şərti ilə sərbəst buraxılıb. Hazırda T.İ.-nin axtarışları davam edir. /Qaynarinfo

Milli.Az