CeyLonu görmək istəyənlər 100 min ödəməli olacaq

27 İyun 2025 19:16

Amerikalı ulduz Cenifer Lopez 2025-ci il avqustun 5-də İstanbulda verəcəyi konsert zamanı Türkiyədəki azarkeşlərinə onunla şəxsən görüşmək fürsəti təqdim edəcək.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu tədbir onun "Up All Night: Live in 2025" adlı dünya turu çərçivəsində baş tutacaq və Yenikapı Festival Parkında keçiriləcək. Təşkilatçılar cəmi 50 eksklüziv "Meet & Greet" - Görüş və Salamlaşma bileti satışa çıxaracaq. Hər biri 2.500 ABŞ dolları (təxminən 100.000 TL) dəyərində olacaq bu biletlər "Istanbul Festivali"nin rəsmi vebsaytı və "Bubilet" üzərindən əldə oluna biləcək.

"Meet & Greet" biletlərinə nələr daxildir?
Bu biletləri alan hər bir şəxs:

konsertə xüsusi girişlə daxil olacaq;

VIP zonadan çıxışı izləyəcək;

Cenifer Lopez ilə üz-üzə görüşəcək;

şəxsi foto çəkdirmə və söhbət etmək imkanı qazanacaq.

Konsert TemaCC ilə əməkdaşlıq çərçivəsində İstanbul Festivalı proqramına daxil edilib.

Avropadakı fanatlar daha ucuz bilet alır
İstanbulda "Meet & Greet" biletlərinin qiyməti tur çərçivəsindəki digər şəhərlərlə müqayisədə daha bahadır. Məsələn, Budapeştdə fanatlar müğənni ilə görüşmək üçün təxminən 1.800 dollar (610.000 forint) ödəyiblər.

Orada bu imkandan yalnız 20 nəfər yararlana bilib və ayaqüstü biletlər tez bir zamanda tükənib.

Əbu-Dabidə Lopez iyulun 29-da Etihad Arenada çıxış edəcək, lakin "meet and greet" opsiyası orada elan olunmayıb. Əsas giriş biletləri 80 dollar (295 dirhəm)-dən başlayır.

Malagada keçirilməsi planlaşdırılan iyulun 11-dəki konsert logistik səbəblərlə təxirə salınıb.

Cenifer Lopez İspaniyanın 4 şəhərində çıxış edəcək:
Pontevedra - 8 iyul

Kadiz - 10 iyul

Barselona - 15 iyul

Bilbao - 16 iyul

Lalə Qüdrətova
Milli.Az