Mətanətin bu arzuları ürəyində qalıb

27 İyun 2025 22:00

Aparıcı Mətanət Əliverdiyeva həyata keçməyən arzularını dilə gətirib.

Milli.Az xəbər verir ki, o, aparıcısı olduğu verilişdə bu barədə danışıb.

Teleaparıcı valideylərinin onun istəklərinə əngəl olduğunu etiraf edib:

"O vaxt hərbçi olmaq istəyirdim, atam icazə vermədi. Dedi ki, "Sən hara, hərb hara". Gərək arzularımın arxasınca gedərdim. İdmana, rəqsə istədim, ona da qoymadılar. Dedilər ki, get dərsini oxu. İndi o arzular içimdə qalıb".
 

Milli.Az