"Qalatasaray" Morataya şərt qoydu

27 İyun 2025 15:45

"Qalatasaray" komandadan ayrılmaq istəyən və "Komo" ilə razılaşan ispaniyalı hücumçu Alvaro Morataya şərt qoyub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə NTVSpor.net nəşri məlumat verib.

Qeyd edək ki, mövsümün gedişində transfer dövründə "Qalatasaray"ın heyətinə qatılan Alvaro Moratanın "sarı-qırmızılar"dan ayrılmaq qərarına gəldiyi, bir müddətdir "Komo" ilə danışıqlar apardığı və hətta razılığa gəldiyi bildirilirdi.

Digər tərəfdən, "Qalatasaray" ispaniyalı hücumçu ilə bağlı qərarını verib. Klub müqaviləsi davam edən Alvaro Moratadan transfer haqqı gəliri gözləyir.

Milli.Az