Şəhid oğluna leytenant rütbəsi verildi - FOTO

27 İyun 2025 11:59

Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Sənan Axundovun oğlu Tahir Axundova leytenant rütbəsi verilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Sankt-Peterburqda yerləşən Ali Hərbi Tibb Akademiyasından məzun olub.

Hərbi cərrah kimi fəaliyyət göstərəcək Tahir zabit olaraq şəhid atasının məzarını ziyarət edib.

Qeyd edək ki, şəhid Sənan Axundovun xanımı Nəcibə Axundova Bakıda 34 nömrəli tam orta məktəbin direktorudur.

Milli.Az