"Qarabağ"ın keçmiş qapıçısı PAOK-da! - FOTO

27 İyun 2025 13:50

"Qarabağ"ın sabiq qapıçısı Luka Quqeşaşvili Yunanıstanın PAOK komandasına keçib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

25 yaşlı qolkiperlə bağlanan müqavilənin detalları açıqlanmayıb.

O, son olaraq ölkənin digər təmsilçisi "Panserraikos"da oynayıb.

Qeyd edək ki, Luka Quqeşaşvili 2022-ci ildən 2024-cü ilin yayınadək "Qarabağ"da çıxış edib.

Milli.Az