Müğənni Zenfira İbrahimovanın Şəbnəm Tovuzlu barədə söylədikləri birmənalı qarşılanmayıb.
Milli.Az xəbər verir ki, sənətçi həmkarının muğam ifasına qiymət verib.
"Şəbnəm yaxşı ifaçıdır. Muğamı oxuyanda səliqəsiz alınır. Bu da şöbələri yaxşı bilməməsi ilə bağlıdır. Təhsilini alıb öyrənsə, daha yaxşı alınar.
Müğənni "Tarixin bir günü" verilişində həmkarı və yaxın rəfiqəsi Şəbnəm Tovuzlunun muğam ifa etməsi ilə bağlı dediyi fikirlərdən dolayı yaranmış söz söhbətə belə aydınlıq gətirib:
"Şəbnəmlə aramıza heç kim girməsin. Özü ilə danışıb aydınlaşdırmışam. Ola bilər sözlərimi tam çatdıra bilməmişəm izləyicilər aramızad problemin olduğunu düşünüblər. Şəbnəm əzizimdir. Onun hər bir uğuruna ən birinci sevinənlərdənəm. Hazırda ifa etdiyi muğamların səliqəsi düzgün deyil istəsə daha yaxşı oxuyar demişəm. Yaxşı eləmişəm demişəm əlimin içindən gəlib. Bunu Şəbnəm bilər məın bilərəm. İllərin rəfiqəsiyik çox şeyi bölüşmüşük".
Hüseyn
Milli.Az