ABŞ İrana zərbə üçün 16 il hazırlaşıb - Generaldan şok açıqlama

27 İyun 2025 11:50

ABŞ ordusunun yüksək rütbəli generalları bəyan ediblər ki, İranın yeraltı Fordo nüvə obyektinə endirilən zərbə 16 illik planlaşdırma və hazırlıq prosesinin nəticəsidir.

Milli.Az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn Pentaqonda keçirilən mətbuat konfransında məlumat verib.

General Keyn bildirib ki, "Gecəyarısı çəkic əməliyyatı" adlandırılan hücum İranın zənginləşdirilmiş uran istehsal etdiyi dərin yeraltı bunkeri - Fordo zavodunu hədəf alıb. Hücumda istifadə olunan 30 min funtluq GBU-57 "kütləvi sursat nüfuz edici" bombaları bu məqsədlə xüsusi olaraq hazırlanıb.

"Bu əməliyyatın əsası hələ 2009-cu ildə qoyulmuşdu. Müdafiə Təhlükəsinin Azaldılması Agentliyindən (DTRA) bir zabit İranda baş verənlər barədə məlumatlandırıldıqdan sonra məsələ ilə bağlı işlərə start verildi," - deyə general qeyd edib.

Keyn əlavə edib ki, bu müddət ərzində agentliyin mütəxəssisləri Fordo obyektinin hər detalını - havalandırma şaxtalarından tutmuş elektrik sistemlərinə qədər - öyrənib və sınaqlar aparılıb. O, bildirib ki, məqsəd bunkerə dərinlikdən daxil olub, əsas obyektləri məhv edəcək səviyyədə zərbə endirmək olub.

Fidan
Milli.Az