ABŞ-də keçirilən klublararası dünya çempionatı (KDÇ) davam edir.
Milli.Az xəbər verir ki, G qrupunda "Mançester Siti" və "Yuventus" komandaları üz-üzə gəliblər.
Qarşılaşma italyan klubu üçün "kabus" olub. "Şəhərlilər" 5:2 hesablı qələbəsi ilə qalib gəliblər.
Qrupun digər matçında isə xalsız komandalar "Vidad Kasablanka" (Mərakeş) ilə "Əl-Əyn" (BƏƏ) qarşılaşıb. Matç BƏƏ komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Salzburg" "Real Madrid" oyunu isə çətin hava şəraitində baş tutub.
Güclü yağış altında oynanan matçda 40-cı dəqiqədə hesab açılıb. Vinisius Junior ilk qolu vurub. Daha sonra Federiko Valverde və Qonsalo Qarsiya növbəti qolların müəllifləri olublar.
Hüseyn
Milli.Az