Lukaşenkodan Paşinyanın gəlməməsinə reaksiya

26 İyun 2025 21:36

Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqının Minskdə keçirilən sammitində Ermənistan nümayəndə heyətinin iştirak etməməsi ilə bağlı danışıb.

Milli.Az xəbər verir ki, o bildirib ki, Ermənistanın tutduğu mövqedə hər şey qaydasında olmaya bilər və bunu görməzdən gəlmək düzgün deyil.

"Nəsə baş verirsə, yalnız bir tərəfi günahkar saymaq olmaz".

Lukaşenko deyib ki, vəziyyət mürəkkəbdir və hər iki tərəfin məsuliyyəti ola bilər.

Milli.Az