Emil Mehtiyevə FHN-də vəzifə verildi

26 İyun 2025 21:18

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib.

Milli.Az bildirir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə Emil Mehtiyev gətirilib.

Qeyd edək ki, Emil Mehtiyev bundan əvvəl FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətində şöbə rəisi vəzifəsində çalışıb.

Milli.Az