"Liverpul"dan daha bir "səs-küylü" transfer

26 İyun 2025 19:24

"Liverpul" klubu yeni transferini açıqlayıb. 

Milli.Az xəbər verir ki, Mersisayd təmsilçisi Milos Kerkezi heyətinə cəlb edib. Sözləşmənin müddəti 2030-cu ilədək nəzərdə tutulub. 

"Liverpul" "Bornmut" klubuna bonuslar daxil 40 milyon avro ödəniş edib. 

Qeyd edək ki, "Liverpul" daha öncə "Bayer"dən Florian Virtsi heyətinə qatmışdı. / offsideplus.az

Milli.Az