18 yaşlı futbolçu əməliyyatda öldü

26 İyun 2025 16:09

Argentinanın "San Telmo" futbol klubunun yarımmüdafiəçisi Kamilo Nuin dizindən əməliyyat olunarkən dünyasını dəyişib. 

Milli.Az   bildirir ki, 18 yaşlı futbolçunun gözlənilməz ölümü ilə bağlı Argentinanın ikinci güclü divizionunda çıxış edən "San Telmo" klubunun mətbuat xidməti məlumat yayıb.

Argentinalı menisk və çarpaz bağ zədələrindən sonra oynağının sabitliyini bərpa etmək üçün əməliyyat olunub, lakin hər şey faciəvi şəkildə bitib.

Nə klub, nə də yerli hakimiyyət Nuinin əməliyyat zamanı niyə öldüyünü açıqlamayıb. Hazırda onun ölüm şəraiti ilə bağlı araşdırma aparılır.

Nuin 2022-ci ildə "San Telmo"ya keçib. O, Argentinanın məşhur klublarının - "Boka Xuniors" və "İndependiente"nin akademiyalarında yetişib. /Lent.az 

Milli.Az