Milyarderlərin sərvəti artır, humanitar yardım azalır

28 İyun 2025 08:48

"Oxfam" təşkilatının yeni hesabatına görə, dünyanın ən varlı şəxslərinin sərvəti 2015-ci ildən bu yana 33,9 trilyon dollar artıb. 3000 milyarderin ümumi sərvəti 6,5 trilyon dollar artaraq qlobal ÜDM-in 14,6%-nə çatıb.

Milli.Az xəbər verir ki, bu artım fonunda humanitar yardım azalmaqdadır. "G7" ölkələrinin 2026-cı ildə yardımı 28% azaltması gözlənilir. Bu, 1960-cı ildən bəri ən kəskin azalmadır.

Hesabatda qeyd olunur ki, özəl kapital dövlət aktivlərindən 8 dəfə çoxdur. Ən yoxsul ölkələrin 60%-i isə səhiyyə və təhsildən çox borc ödəmələrinə pul ayırır. Özəl kreditorlar isə borcların yenidən strukturlaşdırılmasına razılaşmır və sərt şərtlər qoyur.

Asya
Milli.Az