Zelenski və Tramp görüşdülər

26 İyun 2025 18:31

Ukrayna Prezidenti Volodimir Zelenski NATO sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşüb.

Milli.Az xəbər verir ki, bu, onların iki aylıq fasilədən sonrakı ilk görüşüdür. Sonuncu dəfə aprel ayında Vatikanda, Papa Fransiskin dəfn mərasimində bir araya gəlmişdilər.

İyunda G7 sammitində planlaşdırılan görüş isə Trampın Yaxın Şərqdəki vəziyyətə görə tədbiri vaxtından əvvəl tərk etməsi səbəbindən baş tutmamışdı.

Asya
Milli.Az