Pakistan ABŞ-yə çata bilən raket üzərində işləyir

26 İyun 2025 17:22

Pakistan ordusu ABŞ-yə qədər çata biləcək nüvə başlıqlı qitələrarası ballistik raket hazırlayır.

Milli.Az xəbər verir ki, bu barədə "Foreign Affairs" yeni hesabatında məlumat yayıb.

Hindistanın "Sindur" əməliyyatından sonra Pakistan Çinin dəstəyi ilə nüvə arsenalını gücləndirməyə çalışır. Qitələrarası raketlər həm adi, həm də nüvə başlıqları daşıya və 5 500 km-dən çox məsafədəki hədəfləri vura bilir.

ABŞ rəsmiləri bildiriblər ki, Pakistan belə bir silahı inkişaf etdirərsə, Vaşinqton onu nüvə rəqibi kimi qiymətləndirəcək. Hazırda bu statusa Rusiya, Çin və Şimali Koreya malikdir.

Qeyd edək ki, Pakistanın nüvə proqramı 1970-ci illərdə Hindistanın ilk nüvə sınağından sonra başlayıb və ölkə 1998-ci ildə rəsmi nüvə dövləti olub.

Asya
Milli.Az