2 qadın eyni qidadan zəhərləndi

26 İyun 2025 13:10

Bərdədə iki qadın qidadan zəhərlənib.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu gün saat 21:50 radələrində iki qadın hospitalizasiya olunub.

Qeyd olunub ki, pasiyentlərə dəqiqləşdirilməmiş qida məhsullarında olan digər zəhərli maddələrin toksiki təsiri diaqnozu təyin edilib.

Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıb.

Milli.Az