Erməni əsilli məşhur şahmatçı Harri Kasparov Cənubi Sudanda dövlət çevrilişinə cəhdin hazırlanmasında ittiham olunur.
Milli.Az xəbər verir ki, Kasparov hökuməti devirmək məqsədilə silah alışında iştirak edib.
İddiaya əsasən, o, Cənubi Sudan inqilabçısı Piter Ajak ilə amerikalı maliyyəçi Robert Qranyerini görüşdürüb. Bu görüş nəticəsində "Kalaşnikov" avtomatları, qumbaraatanlar və "Stinger" raketləri üçün 7 milyon dollar ayrılıb.
Kasparov ittihamları rədd edib və bildirib ki, həyatını insan hüquqları və demokratiyanın müdafiəsinə həsr edib.
Qeyd edək ki, ötən il Rusiyada Kasparov barəsində qiyabi həbs qərarı çıxarılıb. O, terror təşkilatı yaratmaq, maliyyələşdirmək və terrora bəraət qazandırmaqda ittiham olunur.
Asya
Milli.Az