Gəlinlə qayınana bıçaqlandı - saxlanılan var

26 İyun 2025 11:13

Sabirabadda iki qadın bıçaqlanıb.

Milli.Az  xəbər verir ki, hadisə rayonun Beşdəli kəndində qeydə alınıb.

1964-cü il təvəllüdlü Aidə Məhəmməd qızı Hüseynova və gəlini 1983-cü il təvəllüdlü Lətafət Muxtar qızı Hüseynova kəsilmiş-deşilmiş xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onların A.Hüseynovanın həyat yoldaşı, Lətafətin isə qayınatası olan 1957-ci il təvəllüdlü R.Hüseynov tərəfindən bıçaqlandığı bildirilib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar aparılır.

Milli.Az