Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla görüşdə Rusiyanın S-400 sisteminin müzakirə olunmadığını bildirib.
Milli.Az türk mediasına istinadən xəbər verir ki, Ərdoğan məsələni belə şərh edib:
"S-400 mövzusu gündəmdə deyildi, bu, artıq bağlanmış bir sövdələşmədir. Trampla F-35 təyyarələri barədə danışdıq".
Ərdoğan qeyd edib ki, Türkiyə F-35 layihəsi üçün 1,3-1,4 milyard dollar ödəyib və Trampın bu məsələdə müsbət yanaşmasını görüb. Hazırda F-35-lərin alınması və F-16-ların texniki xidməti ilə bağlı işlər davam etdirilir.
Bundan əlavə, Türkiyə "Eurofighter" qırıcılarının alınması ilə bağlı da iş aparır.
Asya
Milli.Az