"Google" avqustun 5-də təqdim olunacaq "Chrome 139" versiyası ilə Android 8 (Oreo) və Android 9 (Pie) əməliyyat sistemlərinə dəstəyi dayandıracağını açıqlayıb.
Milli.Az xəbər verir ki, bu qərar milyonlarla istifadəçiyə təsir edəcək. Həmin cihazlarda "Chrome" işləməyə davam etsə də, təhlükəsizlik və yeni funksiya yeniləmələri verilməyəcək. Bu isə istifadəçiləri kibertəhlükələrə qarşı daha həssas edəcək.
Alternativ olaraq "Firefox" brauzeri Android 5 və daha yeni versiyaları hələ də dəstəkləyir və bu cihazlar üçün daha təhlükəsiz seçim sayılır.
Asya
Milli.Az