Sabirabaddakı qəzada ölən şəxslərin FOTOsu - YENİLƏNİB

26 İyun 2025 20:32

Xəbərə foto əlavə edilib:

-------

09:25

Sabirabad rayonu ərazisində baş verən ağır yol qəzasında üç nəfər ölüb.

Milli.Az xəbər verir ki, hərəkətdə olan yük maşını "QAZ-2410" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində Sabirabad rayonunun Nizami kəndinin sakinləri 2000-ci il təvəllüdlü Hümbətov Fərid Amil oğlu, 2001-ci il təvəllüdlü Məmmədli Cəmil Vüqar oğlu və 2010-cu il təvəllüdlü Məmmədli Nihad Mahir oğlu ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az