Ronaldu qərarını verdi - Müqavilə imzalanır

26 İyun 2025 00:12

"Qızıl top" mükafatının beşqat sahibi, Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldunun növbəti mövsümə hansı klubda başlayacağı müəyyənləşib.

Milli.Az xəbər verir ki,  40 yaşlı ulduz Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasında qalmağı qətiləşdirib.

Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Hazırda sənədlər yoxlanılır və müqaviləyə hazırlanılır.

Ronaldu iyunun 30-da başa çatacaq razılaşmanın müddətini 1 illiyə uzadacaq.

Müqavilədə ehtiyac olacağı təqdirdə, əməkdaşlığın 2027-ci ilədək uzadılması barədə maddə olacaq.

Bu gün "Əl-Nəsr"in baş məşqçisi Stefano Pioli istefaya göndərilib. Yayılan məlumatlara görə, yeni müqavilədə Ronaldunun kluba cəlb olunacaq futbolçularla bağlı qərar çıxarmaq səlahiyyətinə malik olacağı bildirilir.

Qeyd edək ki, Ronaldu 2023-cü ilin yanvarından "Əl-Nəsr"də forma geyinir. Onun yeni mövsümə Avropada başlayacağı barədə uzun müddət idi söz-söhbətlər gəzirdi.

Milli.Az